“Qazax Sement Zavodu” MMC Qazax rayonu və sərhədyanı kəndləri də daxil olmaqla bütün kəndlərdə yaşayan, yaşı 65-i ötmüş tənha şəxsləri evlərində ziyarət edərək, onlara bir aylıq ərzaq məhsulları paylayıb.
MMC-dən bildiriblər ki, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və könüllülərin də iştirakı ilə təşkil olunan ziyarət zamanı rayon üzrə 130 tənha yaşlıya ərzaq payları çatdırılıb və infeksiyanın yayılmaması üçün onlara zəruri tövsiyələr verilib.
Məqsəd yaşlı insanları zəruri gündəlik tələbat malları ilə təmin etməklə onların evdə qalmaları və sağlamlıqlarının qorunmasıdır.