Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb.
FED.az xəbər verir ki, siqaretlərin hər bir qutusunda 20 qəpik artım qeydə alınıb.
“European Tobacco-Baku”dan saytımıza bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:
“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”.
Eləcə də bax: "İnsan kasıb olduğunu bildirir, amma telefona ayda 70-80 manat ödəyir" - ARAŞDIRILACAQ