Azərbaycanda rəsmi olaraq orta aylıq əmək haqqı bildiyimiz kimi 603,5 manat təşkil edir. Bu məlumat 1 oktyabr 2019-cu il üzrə rəsmi statistik göstəricilərdə qeydə alınıb.
FED.az məlumat verir ki, Banker.az bu dəfə Dövlət Statistika Komitəsinə istinadla ölkədə rəsmi olaraq əmək alanların saatına ortalama ən az qazanan sahələri araşdırıb.
Eləcə də bax: Yaxın 10 ildə bu peşələrə -TƏLƏB ARTACAQ - SİYAHI
Bildiyimiz kimi bir çox hallarda əməkhaqqı aylıq hesablanır və bu işçilərin bu qazancı aylıq olaraq hansı saata qazanmaları açıqlanmayır.
İndi isə ölkədə hər saatına düşən qazancı ortalama olaraq 3 manatı ötməyənlərin siyahısını təqdim edirik:
- Səhiyyə və sosial xidmətləri göstərən şəxslər. Bu şəxslər ortalama hər saatına 2,18 manat təşkil edir. Bu sahə üzrə çalışan işçilərin ötən ilin eyni dövründə 1,62 manat/saata çalışırdılar. Hazırda bu sektorun orta nominal aylıq əmək haqqı 323,2 manat təşkil edir.
- Kənd təsərrüfatı üzrə çalışan şəxslər. Bu şəxslər hazırda ən saatın ortalama ən az pul qazanan şəxslər sayılır. Onların qazancı 2,31 manat/saat təşkil edir. Ötən ilin eyni dövründə hər saatına cəmi 1,85 manat qacanc əldə edirmişlər. Bu sektor üzrə orta aylıq əmək haqqı 342,7 manat təşkil edir.
- Əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlər. Hər saatlarına 2,52 manat pul qazanırlar. Ötən ilin eyni dövründə əməkhaqları 1,91 manat/saat təşkil edirdi. İncəsənət adamlarının ölkə üzrə rəsmi orta aylıq əməkhaqqı 382 manatdır.
- İnzibati və yardımçı xidmətləri göstərənlər. Bu sektoru 3-dən “uzaqlaşdıran” səbəb 1 qəpikdir. Belə ki, bu sahə üzrə çalışanların saat üzrə qazancı 2,53 manat təşkil edir. Orta aylıq əmək haqqı izə cari durumda 372,4 manat təşkil edir.
- Su təchizatı, tullantıların təmizlənməsi və emalı. Ölkədə su təchizatını və onların yenidən emalını həyata keçirən bu sektorun ortalama işçilər hər saatına 2,74 manat qazanırlar. Ötən ilin eyni dövründə saat üzrə qazancları 1,95 manat idi.
- Ticarət; nəqliyyat vasitələrinin təmiri. Bu sektorun işçiləri hər saatına ortalama 2.82 manat qazanırlar. Öncəki ilin eyni dövründə qazancları 2,46 manat olub. Göründüyü kimi bu sektorun ortalama saatı üzrə qazancdakı artım bir qədər az müşahidə edilib.
- Təhsil. Ölkədə təhsil sahəsində qulluq edən şəxslərin saat üzrə qazancı 2,88 manat təşkil edir. Ötən il isə bu rəqəm 2,50 manat/saat idi.