2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat təşkil edib.
FED.az xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 101,6 manat, qeyri neft-qaz sektorunda 530,7 manat təşkil edib.
Eləcə də bax: Sənayenin qeyri neft-qaz sektorunda - BÖYÜK ARTIM
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 482,5 manat, özəl müəssisələrdə isə 724,1 manat olub. Ayrı-ayrı sahələr üzrə ölkədə ən yüksək əmək haqları özəl sektorda mədənçıxarma sahəsindədir – 4056 manat. Dövlət sektorunda ən yüksək maaş isə maliyyə sektorunda qeydə alınıb – 1656 manat.