Azərbaycanda kolbasa istehsalı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə kolbasa istehsalı 8439,9 ton olub.
Eləcə də bax: Ağasıyevlər ailəsi gündə 100 kq kolbasa istehsal edir – BAKIDA SATILIR
Bu göstərici 2018-ci illə müqayisədə 47,5% çoxdur. 2020-ci il yanvar ayının 1-nə olan məluamat görə, anbarda qalan kolbasa məhsulu 5,8 ton olub.
Həmçinin qeyd edək ki, digər qida mallarında da artım qeydə alınıb. Belə ki, qaymaq xama istehsalında 23,7%, pendir və kəsmikdə 2%, kərə yağında 1,4%, duru bitki yağlarında 7,1%, çörək istehsalında 1,7%, marmelad və cem istehsalında 11,1% artım qeydə alınıb.