Azərbaycanda ən böyük maaşı özəl neft şirkətlərində çalışanlar alır. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-fevral aylarının nəticələrinə görə, qeyri-dövlət neft şirkətlərində işləyənlərin orta aylıq əmək haqqı 3942 manat təşkil edir. Komitədən verilən məlumata görə, bu dövrdə ölkədə orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat təşkil edib.
Əmək haqqı neft sektorunda 2877,8 manat, qeyri-neft sektorunda 456,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin orta əmək haqları 393,8 manat, özəl müəssisələrdə isə 674,6 manatdır. Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində çalışanların maaşları belədir: