2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qiymətləri 2016-cı ilin həmin dövrünə nisbətən 13,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, Bu müddətdə ərzaq məhsulları 17,1 faiz, qeyri-ərzaq malları 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 9,6 faiz bahalaşıb. Təkcə noyabr ayında qiymətlər oktyabr ayına nisbətən 0,2 faiz yüksəlib. Noyabrda ərzaq və qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri dəyişməyib.
Azərbaycanda inflyasiya 13,4% olub

11:40
12 Dek 2017