Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının 1-nə 1 milyon 699,3 minə çatıb.
Eləcə də bax: Vergi orqanlarının əmək və xidməti müqavilələrə - TƏLƏBLƏRİ AÇIQLANDI - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsidir.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790 min olub.
Bu il iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 % artaraq 684 699 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,7 % artıb və 36 666 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3 % artaraq 185 736-a çatıb. (Report)