Azərbaycan respublikası üzrə əhalinin daha sıx və az məskunlaşdığı ərazilərin adı açıqlanıb.
Bu barədə sorğuya cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.
Komitə rəsmisi son rəsmi məlumatlara əsasən bildirib ki, Azərbaycan Respublikası üzrə əhalinin sayı 9 milyon 890 min nəfər təşkil edir:
“Əhalinin sıxlığı Sumqayıt, Gəncə və Bakı şəhərlərində daha çoxdur. Əhalinin daha az məskunlaşdığı rayonlar isə Xızı, Şahbuz, Daşkəsən və Qobustandır”.
R.Süleymanov qeyd edib ki, yaşayış məntəqələri üzrə əhalinin sayına dair məlumatlar 2019-cu ildə ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıya alınması nəticəsində əldə olunacaq.