2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,8 faiz artaraq 70,2 milyard manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 12,8 faiz çoxdur.
Bundan ba.qa, əhalinin adambaşına düşən nominal gəliri 6 917,1 manat olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% artıqdır.