2022-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 701,3 min nəfər olub.
Eləcə də bax: Azərbaycanda orta maaş açıqlandı - 102 MANATDAN ÇOX ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işləyənlərin 904 min nəfəri dövlət sektorunda, 797,3 min nəfəri isə qeyri dövlət sektorunda çalışır.
Komitənin məlumatına görə, işləyənlərin sayı bir il əvvəllə müqayisədə 119 min nəfər və 1,4 faiz artıb.
Bununla yanaşı, son bir ayda işləyənlərin sayında azalma var. Belə ki, aprelin 1-də ölkədə işləyənlərin sayı 1 milyon 702,8 min nəfər idi. Başqa sözlə son bir ayda əmək müqaviləsi ilə çalışanlar 1,5 min nəfər azalıb.
Komitənin açıqladığı rəqəmlər göstərir ki, azalma həm dövlət, həm də qeyri dövlət sektorunda baş verib. Belə ki, aprelin 1-də dövlət sektorunda 905 min nəfər, qeyri-dövlət sektorunda isə 797,8 min nəfər çalışıb. Nəticədə son bir ayda dövlət sektorunda işçilərin sayı 1000 nəfər, qeyri-dövlət sektorunda isə 500 nəfər azalıb.