Sosial

Azərbaycana işləməyə gələn türklərin - SAYI ARTIB

Azərbaycana işləməyə gələn türklərin - SAYI ARTIB | FED.az
09:33 17 Dek 2019

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.

FED.az xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Eləcə də bax: Türkiyədə inflyasiyanın gözləniləndən çox olacağı - PROQNOZLAŞDIRILIR

Statistikaya əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz artıb.

İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün səfər edənlərin sayı 44 nəfər olub.

Ümumilikdə hesabat dövründə 18 053 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 19 faiz azdır.

2019-cu ilin noyabrında Türkiyədə İŞKUR xətti ilə 113 035 nəfər işlə təmin olunub ki, bu da ötən illə müqayisədə 3,7 faiz çoxdur.

Bu dövrdə Türkiyədə işsizlərin sayı 4,026 milyon nəfər təşkil edib.

Trend

Digər xəbərlər