2018-ci ildə Azərbaycanda yas mərasimlərinə 30 milyon manatdan artıq vəsait xərclənib. Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Eləcə də bax:"Qəbir yerlərinin satılmasının qarşısı alınacaq" - KOMİTƏ
Məlumata görə, 2018-ci ildə yas mərasimlərinə xərclənən məbləğ 2017-ci illə müqayisədə 8% artaraq 27,9 milyon manatdan 30,1 milyon manata yüksəlib.
Ümumiyyətlə isə ölkə əhalisi yas mərasimləriniin keçirilməsinə 5 il əvvəlki ilə müqayasədə 2,1 dəfə artıq vəsait sərf edir.
Belə ki, 2014-ci ildə Azərbaycanda yas mərasimlərinə 14,4 milyon manat, 2015-ci ildə 15,6 milyon manat, 2016-cı ildə 20,6 milyon manat, 2017-ci ildə isə 27,9 milyon manat xərclənib.