FED.az xəbər verir ki, Atena Group CSC işçi axtarır.
TRADE (TICARI) MARKETİNQ MENECERİ
İş barədə məlumat:
- Şirkətin istehsal etdiyi süd məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
- Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
- Trade aktivliklər üzrə illik təqvimin hazırlanması və tətbiq edilməsi;
- Trade Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;--Qiymət analizinin aparılması və qiymət strategiyasının hazırlanması prosesində iştirak edilməsi;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
- Trade marketinq büdcəsinin planlaşdırılması, tətbiq olunması və raporlanması;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və İdarəetmə ixtisası üzrə arzuolunandır)
- Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office, əsasən excel) olmalı;
- FMCG sektorunda ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
- iş saatları: 08:30-dan 17:30-dək;
- 5 günlük iş qrafiki;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Trade marketing meneceri" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.