Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni əsasnaməsinin təsdiqindən sonra bəzi qeyri-müəyyənliklərə son qoyuldu. FED.az xəbər verir ki, keçmiş Nəqliyyat Nazirliyinin yüksək postlu işçiləri yeni əsasnamə üzrə nazirlikdə yer almadılar.
Məlumat üçün bildirək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra nazirliyin ləğvi ilə bağlı hüquqi sənəd mövcud deyildi. Buna görə də indiyə qədər Nazirliyin işçiləri həmin binaya gəlib-gedirdilər. Əsasnamənin təsdiqi isə artıq Ziya Məmmədovun nazir, Musa Pənahov və Arif Əsgərovun müavin kimi postlarını itirdiklərini təsdiqlədi.
Arif Əsgərov nazirlikdə vəzifə tuta bilmədi

13:04
23 Yan 2018