“ARB 24” TV-nin rəhbərliyi ilə bağlı yeni qərar verilib.
FED.az xəbər verir ki, kanalın direktoru Nadir Şəfiyev və oğlu Allahverdi Şəfiyev tutduqları vəzifədən azad olunublar.
A.Şəfiyev kanalda redaktor kimi fəaliyyət göstərib.
“ARB 24”dən bildirilib ki, hazırda bu məsələ ilə bağlı telekanalda geniş iclas keçirilir: “İclasdan sonra açıqlama veriləcək”.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.
***
Məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb: “ARB 24 yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaq. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik.
Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məulmatlarla bağlı isə onu bildirmək istəyirik ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə ARB 24 kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub”.