Bu barədə Business Insider saytı xəbər verib. Şirkət artıq uzun zamandır ki, orijinal film və videokontent sahəsinə girməyi planlaşdırır.
Lakin Netflix, Amazon və Hulu kimi servislər ilə rəqabət ciddi məsələdir. Görünür, “Apple” şirkəti rəqiblərindən birini kənarlaşdırmaq əvəzinə əksinə özünə əməkdaş etmək istəyir. Analitiklər bildiriblər ki, 40%-lik ehtimalla “Apple” Netflix servisini alacaq. Servis 194.2 milyard dollar dəyərində qiymətləndirilir.
Müqavilənin mümkün qiyməti isə 220 milyard dollar təşkil edə bilər. “Apple”da isə bu cür vəsaitlər var. Analitiklərin fikrincə şirkət konqress tərəfindən qəbul olunmuş və preident Donald Trump tərəfindən imzalanmış vergi qanun layihəsindən istifadə edə bilər. Bu qanun layihəsi böyük şirkətlərin ölkədən kənarda yerləşən vəsaitləri yenidən ölkəyə qaytarılan zaman həmin şirkətlərə güzəştlərin verilməsinə imkan yaradır. Beləliklə “Apple” xaricdə olan 252 milyard dollar vəsaitdən bir miqdarını götürərək Netflix-i ala bilər.
technote.az©