Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparatı üzrə vəzifə maaşları barədə məlumat verilib. Məlumata görə, məbləğ dövlət qulluğu üzrə staja görə əlavələr, dövlət qulluçusunun səlahiyyət əlavələri, ixtisas dərəcəsinə görə əlavələr və s. daxil deyil.
FED.az xəbər verir ki, əsas vəzifə olan aparat rəhbərlərinin maaşları 100 manat artılalaraq 1 110 manat və aparat rəhbərinin müavinn maaşları 95 manat artırlaraq 1 035 manat olub. Bundan əlavə, yeni nazir Sahil Babayevin vəzifəsinə keçdikdən sonra nazirlərin müşavirləri vəzifəsini yaradıb və maaşları 805 manat təyin edilib. Qeyd edək ki müşavirlərlə eyni olaraq köməkçilərin maaşı da 805 manatdır. Lakin, öncələr bu rəqəm 730 manat idi.
Hazırda nazirlikdə ən aşağı maaşı yardımçı 3-cü təsnifat olanmütəxəssislərin maaşdır. Belə ki, bundan əvvəl 200 manat alan mütəxəssislər bundan sonra nazirlikdə 220 manat maaş alacaqlar.
Vəzifələrin adı | Vəzifələrin təsnifatı | Vəzifə maaşı
(manatla) |
Aparat rəhbəri | İnzibati vəzifələrin 3-cü təsnifatı | 1110 |
Aparat rəhbərinin müavini | İnzibati vəzifələrin 3-cü təsnifatı | 1035 |
Nazirin müşaviri | İnzibati vəzifələrin 4-cü təsnifatı | 805 |
Nazirin köməkçisi | İnzibati vəzifələrin 4-cü təsnifatı | 805 |
Təminedici şöbənin müdiri | İnzibati vəzifələrin 4-cü təsnifatı | 980 |
Təminedici şöbənin müdir müavini | İnzibati vəzifələrin 4-cü təsnifatı | 845 |
Yardımçı şöbənin müdiri | İnzibati vəzifələrin 4-cü təsnifatı | 860 |
Yardımçı şöbənin müdir müavini | İnzibati vəzifələrin 4-cü təsnifatı | 805 |
Sektor müdir | İnzibati vəzifələrin 5-ci təsnifatı | 680 |
Baş məsləhətçi | İnzibati vəzifələrin 5-ci təsnifatı | 595 |
Böyük məsləhətçi | İnzibati vəzifələrin 5-ci təsnifatı | 585 |
Aparıcı məsləhətçi | İnzibati vəzifələrin 5-ci təsnifatı | 570 |
Məsləhətçi | İnzibati vəzifələrin 5-ci təsnifatı | 560 |
Baş mütəxəssis | Yardımçı 3-cü təsnifatı | 240 |
Böyük mütəxəssis | Yardımçı 3-cü təsnifatı | 230 |
Aparıcı mütəxəssis | Yardımçı 3-cü təsnifatı | 225 |
Mütəxəssis | Yardımçı 3-cü təsnifatı | 220 |