İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması)maddəsi əlavə edilir.
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.
Layihə səsə qoyularaq qəbul edilib.