Bir çox ölkə vətəndaşları kimi azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur. Heç də xaricə üz tutan insanların hamısının şansı gətirmir.
ELƏCƏ DƏ BAX: Almaniyaya viza almaq asanlaşacaq – YENİLİK
Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu ger iqayıtma prosesi isə readmissiya üzrə həyata keçirilir.
Xüsusən azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.
Son zamanlar Almaniyadan azərbaycanlıların deportasiyası haqqında məlumatlar yayılır.
O zaman maraqlıdır. Son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?
Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Füzuli İsmayılov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib.
Yanvar ayı 29 nəfər
Fevral ayı 38 nəfər
Mart ayı 33 nəfər
Aprel ayı 30 nəfər
May ayı 21 nəfər
İyun ayı 38 nəfər
İyul ayı 48 nəfər
Avqust ayı 24 nəfər
Sentyabr ayı 19 nəfər
Ümumilikdə isə bu il Almaniyadan readmissiya olunan azərbaycanlıların sayı 280 nəfərdir.