“Gürcüstan-Azərbaycan dövlət sərhədinin demarkasiyası məsələsində ikitərəfli komissiya çalışır, gözəl nəticələr əldə olunacağına ümidvarıq”. FED.az-ın məlumatına görə,“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud jurnalistlərə bildirib.
“Mən bilən bu məsələ Gürcüstanla Azərbaycan arasında çoxdandır gündəmdədir. Demarkasiya məsələsinə dair ikitərəfli komissiya işləyir, onlar həqiqətən də səy göstərirlər. Yaxşı nəticələr əldə ediləcəyinə inanırıq”, - deyə amerikalı diplomat vurğulayıb.