Ötən il 4559 nəfər əlilliyi olan şəxs müxtəlif işlərə cəlb olunub.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Ötən il ərzində 2750 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. Bundan əlavə, 2020-ci il ərzində 1809 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Xatırladaq ki, ötən il nazirlik 11344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. (Trend)