Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
ELƏCƏ DƏ BAX: “Nikoil bank”ın vəzifəli əməkdaşları həbs edilib
Məhkəmənin hökmü ilə C.Umudlu 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.
Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' şirkətinin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşlara ümumilikdə 400 min manatdan çox ziyan vurub.
C.Umudlu əksər alıcının etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.
400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə - HÖKM OXUNDU
19:16
14 Fev 2019