Azərbaycanda yanvar ayında adı mediada ən çox hallanan sığorta şirətləri açıqlanıb. FED.az «Media Consulting and Services» şirkətinə istinadən xəbər verir ki, ötən ay bütün mediada (TV, radio, saytlar qəzetlər və s.) sığorta sektoru ilə bağlı 1 154 məlumat yayılıb. Haqqında ən çox danışılan sığorta şirkəti «Paşa Sığorta» olub. Bu şirkətin adı mətbuatda 140 dəfə çəkilib. Sonrakı yerləri «Paşa Həyat Sığorta» (118 məlumat) və «Ata Sığorta» (109 məlumat) tutub.
Yanvarın diqqəti çəkən məqamı, mətbuatın diqqətinin «Qala Sığorta» və «Qala Həyat Sığorta» şirkətlərinə yönəlməsi və onların ilk 10-luqda yer almasıdır.
Yanvarın ən məşhur sığorta şirkətləri – SİYAHI
17:21
4 Fev 2018