Sığortada telematik (telematic box) –Sığorta haqlarının risklərə uyğun hesablanılması, sığorta haqlarının və ödənişlərin idarə olunması baxımından önəm daşıyır. Bununla bağlı xarici təcrübədə telematik tətbiq edilir. Telematik avtomobilə yerləşdirilən xüsusi “qara” qutudur. Telematik qurğusu vasitəsi ilə sürücünün avtomobili ilə bağlı məlumatlar data şəklində yığılır. Həmçinin avtomobilə yerləşdirilən kameralar da telematikin yaddaşına yazılır. Telematik vasitəsi ilə sığorta şirkəti sürücünün təhlükəsiz idarə edib-etmədiyi ilə bağlı statistik məlumatları toplayır və bunları bonus-malus sistemində tətbiq edir. Həmçinin sığorta şirkəti toplanılan məlumatlar haqqında sığortalıların da məlumatlı olması üçün onlara ayrıca portal açılır və o portal vasitəsi ilə sürücü məlumatlarına baxa bilir (məsələn ortalama sürət, kəskin manevraların sayı, kəskin əyləclərin sayı və s.) Telematik cihazının tərkibində olanlar.
1) GPS sistemi (Sürücünün nə vaxt və hara, hansı yol şəraitində getdiyi)
2) Motion sensoru (hərəkət sensoru) Avtomobilə təsir haqqında məlumatlar (ağır əyləc, kəskin dönüş və qəza)
3) SIM card (məlumatların həm sığortaçının, həm sığortalının databazasına göndərilməsi üçün)
4) Proqram təminatı – məlumatların analiz edilməsi və ötürülməsinə nəzarət, təhlükəsizliyin təminatı üçün
Data qutusu sürücünün gecə və ya gündüz, müxtəlif yollarda necə sürətlə sürdüyünü, avtomobilin əyləcdən istifadə etməsi tezliyi, kritik manevralarının ölçülməsi, edilən səyahətlərin sayı kimi məlumatları toplayır.
Telematik sığorta haqqlarının hesablanmasında, bonus-malus sisteminin tətbiqində, avtomobil oğurlanarsa onun tapılmasında, qəza baş verərsə onun dəyərləndirilməsində istifadə edilir.
Həmçinin, araşdırmalar nəticəsində telematik avtomobil sığortasının sahiblərinin digər sığorta sahiblərinə nəzarən daha az qəzaya uğradığı da məlum olub.