Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.
Bu apardığı araşdırma nəticəsində məlum olub.
Belə ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Amrah Sığorta", "Rəvan Sığorta", "Xalq Sığorta" və "Bakı Sığorta" ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 3-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 5 şirkətdə 50-60% arasında, 5 şirkətdə 40-50% arasında, 1 şirkətdə 30-40% arasında, 2 şirkətdə isə 20-30% arasındadır.
Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 47,7% - 52,3% olub.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin aktivlərində |
|
Balans kapitalının payı |
Öhdəliklərin payı |
||
1 |
Amrah Sığorta |
88,60% |
11,40% |
2 |
Rəvan Sığorta |
87,84% |
12,16% |
3 |
Xalq Sığorta |
87,35% |
12,65% |
4 |
Bakı Sığorta |
83,37% |
16,63% |
5 |
Azərbaycan Sənaye Sığorta |
74,90% |
25,10% |
6 |
İpək Yolu Sığorta |
73,34% |
26,66% |
7 |
Meqa Sığorta |
72,27% |
27,73% |
8 |
Azərsığorta |
57,03% |
42,97% |
9 |
Atasığorta |
55,61% |
44,39% |
10 |
AXA Mbask |
55,09% |
44,91% |
11 |
Günay Sığorta |
54,59% |
45,41% |
12 |
A-Qrup Sığorta |
53,86% |
46,14% |
13 |
Azsığorta |
48,98% |
51,02% |
14 |
Qala Həyat Sığorta |
48,81% |
51,19% |
15 |
Qala Sığorta |
48,32% |
51,68% |
16 |
PAŞA Sığorta |
43,23% |
56,77% |
17 |
Standard Insurance |
40,98% |
59,02% |
18 |
Atəşgah Sığorta |
30,20% |
69,80% |
19 |
PAŞA Həyat Sığorta |
27,64% |
72,36% |
20 |
Atəşgah Həyat Sığorta |
27,48% |
72,52% |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
Açıqlamayıb |
|
Orta hesabla |
47,70% |
52,30% |
renkinq.az