Xəbər verdiyimiz kimi, "Media Consulting and Services" 2017-ci ilin dekabr ayı üçün ilkin hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ay ərzində sığorta şirkətləri ilə bağlı mətbuatda 1 443 məlumat verilib. Onların sırasında ən çox adı hallanan "Azərsığorta" şirkəti olub. Onun baəsində mediada 136 məlumat verilib.
Siyahıda ikinci yerdə 121 məlumatla "Paşa Sığorta", üçüncü isə "Azsığorta" (115 məlumat) olub.
İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında 1 563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək. Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.
Sığorta şirkətləri mediada az görünür - SƏBƏBLƏR
12:27
8 Yan 2018