Azərbaycanda dövlətə məxsus olan yeganə sığorta şirkəti olan «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətində bu ilin yanvarında kəskin azalma baş verib. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yanvar ayı üzrə məlumatlarına istinadən xəbər verir ki, ötən ay dövlət şirkətinin topladığı sığorta haqları təqribən 7 dəfə azalıb
Belə ki, yanvarda şirkət 462 min manat sığorta haqqı toplaya bilib, halbuki ötən ilin yanvarında bu rəqəm 3,2 milyon manatdan da artıq idi. Şirkətin həyata keçirdiyi sığorta ödənişlərinin həxcmində də azalma var. Belə ki, ötən il bu göstərici 680,6 min manat olduğu halda bu ilin yanvarında 584,2 min manat olub. Nəticədə ötən ilin yanvarında yığımların həcminə görə, ilk 3-lükdə yer alan «Azərsığorta» bu il 15-ci yerə düşüb.
.