Sığorta sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 13.3 % artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yarandığı dövrdən sektor 64% artaraq 1,4 mlrd. manata çatıb . FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.
Onun sözlərinə görə, Strateji Yol Xəritəsində əsas olan sığorta sektorunun inkişafı, bu sektorun şəffaflığının təmin olunmasıdır.
Azərbaycanın sığorta bazarında ən böyük pay avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortasına aiddir. Bu sığorta npövü ümumi müqavilələrin 50 faizindən çoxunu təşkil edir. – deyə İbrahim Alışov bildirib.
"Sığorta sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 13.3 % artıb"
10:08
28 İyun 2019