Sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən tam avtomatlaşdırma təmin edilib".
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Fed.az-a verilən məlumata görə, bunu Strateji Yol Xəritələrin icrası ilə bağlı keçirilən iclasda MBNP-nin Baş icraçı direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, icbari avtomobil sığortası növü üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.
Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı çərçivəsində İ.Alışov tərəfindən işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.
Qeyd edək ki, Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası ilə sğorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbətinin) 1,4%-ə çatması hədəflənir.