Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivlərinin 81,36%-i qısamüddətli, 18,64%-i isə uzunmüddətli olub.
FED.az xəbər verir ki, bu nisbət ötən il yanvarın 1-nə 87,86% - 12,14% təşkil edib. Başqa sözlə, 2017-ci ildə sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb, uzunmüddətli aktivlərin xüsusi çəkisi isə artıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Qısamüddətli aktivlərin payı 20 şirkətdən 7-də 90-100% arasında, 5 şirkətdə 80-90% arasında, 3 şirkətdə 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 2 şirkətdə isə 50-60% arasındadır. Başqa sözlə, uzunmüddətli aktivlərin payı 20 şirkətdən 7-də 0-10% arasında, 5 şirkətdə 10-20% arasında, 3 şirkətdə 20-30% arasında, 3 şirkətdə 30-40% arasında, 2 şirkətdə isə 40-50% arasındadır.
"Naxçıvan Sığorta" aktivlərinin tərkibini açıqlamayıb.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin aktivlərində |
|
Qısamüddətli aktivlərin payı |
Uzunmüddətli aktivlərin payı |
||
1 |
Amrah Sığorta |
99,71% |
0,29% |
2 |
Azərbaycan Sənaye Sığorta |
97,07% |
2,93% |
3 |
İpək Yolu Sığorta |
96,48% |
3,52% |
4 |
A-Qrup Sığorta |
96,43% |
3,57% |
5 |
Qala Sığorta |
93,29% |
6,71% |
6 |
Atasığorta |
91,19% |
8,81% |
7 |
Atəşgah Həyat Sığorta |
90,22% |
9,78% |
8 |
Azsığorta |
87,80% |
12,20% |
9 |
Xalq Sığorta |
85,58% |
14,42% |
10 |
PAŞA Həyat Sığorta |
83,70% |
16,30% |
11 |
PAŞA Sığorta |
81,33% |
18,67% |
12 |
Günay Sığorta |
81,28% |
18,72% |
13 |
Standard Insurance |
79,75% |
20,25% |
14 |
AXA Mbask |
71,27% |
28,73% |
15 |
Atəşgah Sığorta |
70,78% |
29,22% |
16 |
Bakı Sığorta |
69,50% |
30,50% |
17 |
Azərsığorta |
68,75% |
31,25% |
18 |
Meqa Sığorta |
64,57% |
35,43% |
19 |
Rəvan Sığorta |
56,01% |
43,99% |
20 |
Qala Həyat Sığorta |
50,37% |
49,63% |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
Açıqlamayıb |
|
Orta hesabla |
81,36% |
18,64% |