Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta bazarında ötən illə müqayisədə 25,4% artım olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, ilk iki ayda ölkənin sığorta şirkətləri 130 milyon 155,7 min manat sığorta haqqı toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artıqdır.
Eləcə də bax: Sığorta bazarının nəticələri açıqlandı – RƏQƏMLƏR
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 40 milyon 487,7 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Sığorta haqları artıb, ödənişlər azalıb - HESABAT

17:42
19 Mart 2018