2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 212.7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8 mln. manat olub.
2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.