Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 2018-ci ilin 08-10 yanvar tarixlərində attestasiya keçirəcək.
Palatadan FED.az-a verilən məlumata görə, «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» Qaydaları ilə tənzimlənən attestasiyada 15 nəfərin iştirakı planlaşdırılır. Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Sığorta agentləri üçün yeni attestasiya gəlir - SİYAHI
15:51
5 Yan 2018