Maliyyə Bazarlarına Nəzarət Palatası ( MBNP) 2018-ci ilin ilk 9 ayı üçün sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
FED.az MBNP-a əsasən xəbər verir ki, hesabat dövrü ərzində xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 3 mln 61 min manat, ödənişlər isə 603,3 min manat təşkil edib. 2017-ci ilin ilk 9 ayında bu sığorta növü üzrə sığorta yığımları 2 mln 507,7 min manat , ödənişlər isə 289,5 min manat təşkil edib.
Başqa sözlə hesabat dövrü ərzində xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımların məbləği ötən ilin eyni dövrünə nəzərən 22,04% artıb , ödənişlər də 2,07 dəfə artıb.
Səyahət sığortası üzrə ödənişlər 2 dəfə artıb
16:57
29 Okt 2018