“Qala Sığorta” ASC bu ilin I yarısını 380 min manat mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, 6 ay ərzində “Qala Sığorta”nın gəlirləri 8,724 milyon manat, xərcləri isə 8,344 milyon manat təşkil edib.
ELƏCƏ DƏ BAX: Növlər üzrə ödənişlərin yığımlara nisbəti renkinqi (yanvar-oktyabr 2018) - CƏDVƏL 8
Bu il iyulun 1-nə “Qala Sığorta”nın aktivləri 17,604 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 17% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28% artaraq 9,957 milyon manata, balans kapitalı isə 5,2% artaraq 7,648 milyon manata çatıb.