Nazirliklə sığorta şirkətləri arasında müqavilə bağlanacaq
11:5127 Sen 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Bu barədə FED.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirib.
Onun sözlərinə görə, qurumlar arasında əməkdaşlığın əsas mövzusu “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”nın tətbiqi və ona nəzarət olunmasıdır.
Belə ki, nəzarətin gücləndirilməsi məqsədilə ölkədə istehsalatda bədbəxt hadisələrdən sığorta reyestrinin yaradılması və onun nazirlikdə əmək müqavilələrinin qeydiyyatı elekton sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu dəyişiklik nəticəsində işləyən, amma sığortalanmayan işçilər aşkar ediləcək.
M.Abbasbəylinin sözlərinə görə, yenilik ölkədə işçilərin həyatının sığortalanmasının artmasına ciddi təsir edəcək.