Bakı. 4 aprel. Mayın 18-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında yerləşən ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank"ın səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.