“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Departamentin hədəflərini şirkətin hədəf, strategiya və prioritetlərinə uyğun olaraq, əməkdaşların fərdi hədəflərini isə departamentin hədəflərinə uyğun olaraq müəyyən etmək və həyata keçirilməsini təşkil etmək;
• Şirkətin İT fəaliyyətini həyata keçirmək məqsədi ilə departamentin büdcəsini, departamentin və şirkətin strategiya, prioritet və hədəflərinə əsasən planlaşdırmaq;
• Şirkət siyasətinə və prioritetlərinə uyğun olaraq departament əməkdaşların perfomanslarını müəyyən etmək, həmçinin onların inkişaf sahələrini müəyyən edərək inkişaf fəaliyyətlərini planlaşdırmaq;
• Şirkətin strategiyasına, departamentin hədəflərinə və əməkdaşların fərdi hədəf və bacarıqlarına uyğun olaraq departament daxilində struktur dəyişiklikləri təklif etmək və iş yükünün bölüşdürülməsini təmin etmək;
• Departament fəaliyyətini şirkətdə mövcud olan daxili prosedurlara və məxfilik siyasətinə uyğun olaraq həyata keçirmək;
• Digər departament və şöbələrlə koordinasiyanın saxlanılması və şirkət rəhbərliyi və departament işçiləri arasında münasibətlərin uzlaşdırılması;
• Departament üzrə müvafiq prosedurların və siyasətlərin hazırlanmasını təşkil etmək;
• Layihə sənədlərinin hazırlanmasını təşkil etmək və informasiya sistemlərinin istismarını qiymətləndirmək;
• Kontrol mexanizmlərini yaratmaq;
• İT infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək və nöqsanlar aşkarlandıqda, operativ tədbirlər görmək;
• Şirkətin İT infrastrukturun vəziyyətinin periodik analizini aparmaq;
• İT infrastrukturun mükəmməlləşdirilməsi üçün hesabatlar və təkliflər hazırlamaq, tələb olunduğu hallarda mövcud infrastrukturu təkmilləşdirmək;
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa müdir tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.
Bilik və bacarıqlar:
• Ali texniki təhsil;
• İnformasiya texnologiyası emal sistemlərinin, anlayışların və metodlarının geniş biliyi;
• Kompüter avadanlıqları və proqram sistemləri;
• Kompüter şəbəkələri;
• Şəbəkənin quraşdırılması və idarə edilməsi;
• Dil bilikləri: Azərbaycan və rus dillərini səlis bilmək, ingilis dilinin əsas bilikləri.
• İT sahəsində 5 il iş təcrübəsi.
• İdarəetmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, stressə davamlılıq;
Son müraciət tarixi: 10 fevral, 2018.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.