Fitch Ratings” Azərbaycan sığorta bazarında baş verən son proseslərlə bağlı sorğunu cavablandırıb.
“Fitch Ratings”in sığorta bölməsi üzrə direktoru Anastasia Litvinova qeyd edib ki, agentlik “AXA MBASK”a reytinq vermədiyi üçün “AXA”nın Azərbaycan sığorta bazarından çıxması ilə bağlı şərh verə bilmir. A.Litvinova əlavə edib ki, AXA Azərbaycanda sığorta bazarını tərk edən sonuncu xarici sığorta markası olsa da, bu, sektor üçün son deyil. Sığorta sektoru təkrarsığorta vasitəsilə beynəlxalq sığorta təcrübəsi və sərmayə ehtiyatlarına çıxış imkanlarını qoruyub saxlayıb. Bu alət azərbaycanlı sığortaçılara güclü beynəlxalq təkrarsığortaçılar ilə münasibətləri davam etdirməyə və ən yaxşı inzibati təcrübələri öyrənməyə imkan verə bilər.
“Fitch”dən Azərbaycan sığorta bazarı ilə bağlı açıqlama:"Bu, son deyil"
15:17
14 Mart 2018