İyunun 28-da Bakıda beynəlxalq sığorta forumu keçiriləcək. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu sığorta forumu artıq sayca 9-cu dur. Forumun əsas keçirilmə səbəbi xarici dövlətlərdən sığorta üzrə mütəxəxssisləri ölkəmizə cəlb etməkdir deyə Azər Əliyev bildirib.
"Bu forumda dünyada sığorta sahəsində baş verən yeniliklər təqdim olunacaq. Həmçinin forumun keçirilmə səbəblərindən biri də odur ki, gələcəkdə planlaşdırırq ki, böyük sığorta şirkətləri ölkəmizə gəlib sərmaye yatırsınlar. Foruma ən azı 25 ölkədən sığorta şirkətlərinin nümayəndələrinin qatılacağını gözləyirik"-deyə Azər Əliyev bildirib.
Forum Maliyyə Bazarlarına Nəzarət Palatası, ASA və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunacaq”- Əliyev qeyd edib.
Eləcə də bax: Sığorta agentlərinə pis xəbər - KOMİSSİYA HAQQI 5%!