İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin yanvar-dekabr ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 35 mln. 292,5 min manat təşkil edib. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 2 mln. 253,5 min manat və ya 6,82%, ötən ilin eyni dövründəki göstəricidən isə 2 mln. 127,1 min manat və ya 6,41% çoxdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 3 mln. 136,1 min manat olub ki, bu da yanvar-noyabr ayları ilə müqayisədə 323,5 min manat və ya 11,5% çoxdur, bir il əvvəlki göstəricidən isə 1 mln. 90,3 min manat və ya 25,8% azdır.
Ümumilikdə, 2018-ci ilin yanvar-dekabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,89%-ni təşkil edib (report.az).