Hökumət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılıb.
Eləcə də bax: Sahibkarlar üçün daha bir - GÜZƏŞTLİ MALİYYƏLƏŞDİRMƏ MEXANİZMİ
FED.az Azərbaycan Banklar Assosiasiyasından "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub. İclasda Hökumət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılıb və rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində ödəniş xidmətləri üzrə tariflərin optimallaşdırılması məsələsi müzakirə olunub.
Sonda Hökumət Ödəniş Portalı vasitəsilə edilən icbari sığorta ödənişlərinə ortaq tarifin müəyyənləşdirilməsi və banklar tərəfindən rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə optimal tarif təkliflərinin hazırlanması qərara alınıb.
Görüşdə Azərbaycan Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun nümayəndələri iştirak ediblər.