2017-ci ilin dekabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9641 sığorta müqaviləsi bağlanıb.
FED.az xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 855 067 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6540-ı yaşayış evləri və mənzillər, 36-ı inzibati binalar, 3065-i isə digər daşınmaz əmlakla bağlı olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 50% azalma, sığorta haqlarının məbləğində isə 106% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 293, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 18 750 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 8 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 10 318 manat olub.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.