Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin 30.10.2018-ci il tarixində Vasitəçilər qrupunun iclası baş tutub.
İctimai Birliyin məlumatına görə, iclasda vasitəçilər forumunun keçirilməsinə dair təşkilatı işlərin müzakirəsi baş tutub. Toplantıda Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri Mustafa Abbasbəyli, sığorta eksperti Xəyal Məmmədxanlı və Vüqar Əliyev iştirak edib.