Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkəti 319,272 milyon manat sığorta haqqı toplayıb. Hesabat dövründə şirkətlərin həyata keçirdikləri məbləğ isə 93,778 milyon manat olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə sığorta haqları 9%, sığorta ödənişləri isə 3.7% azalıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.
Azərbaycan sığorta bazarı 9% kiçilib
18:18
25 İyun 2019