Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 12 milyon 133,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 309,5 min manat və ya 12,1% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 10 milyon 824 min manat təşkil edib.