Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 121,9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 57,9 min manat və ya 32,2% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 179,7 min manat təşkil edib.