«Atəşgah» Sığorta Şirkəti
AKTUAR HESABLAMALARI ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ
Namizədə tələblər
• Yaş: 21-30
• Riyaziyyat və İqtisadiyyat sahəsində Ali təhsil
• Azərbaycan dili (əla),Rus və İngilis dilləri (arzuolunandır)
• Kompyuter proqramlaşdırılması sahəsində baza biliklərə malik olmaq
• Microsoft Office proqramlarını bilmək
Şəxsi keyfiyyətlər
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Aktuar hesablamaları üçün lazım olan məlumatların yığılması və təhlil olunması;
• Zərərlərlə bağlı fayllara nəzarətin həyata keçirilməsi;
• Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət;
• Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatların hesablanması;
• Sığorta portfelinin optimallığına nəzarət, zərərlilik əmsallarının hesablanması;
• Underwriterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablanması;
• Mövcud portfel və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;
• Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsasında bildiriləcək
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.