Əvvəllər Rusiyada fəaliyyət göstərmiş sahibkar Süleyman Qurbanov biznes fəaliyyətini Azərbaycanda davam etdirməyə qərar verib.
FED.az xəbər verir ki, bunu Süleyman Qurbanov, Prezident İlham Əliyevin Masallı Sənaye Məhəlləsinə investisiya yatıran yerli sahibkarlarla görüşü zamanı bildirib.
"Mən əvvəllər Rusiyada fəaliyyət göstərirdim. Özəl bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana qayıtmağa, öz Vətənimdə fəaliyyət göstərməyə sövq etdi. İndi mən Masallı Sənaye Məhəlləsinə investisiya yatırmışam, öz mebel istehsalı sahəmi açmışam".
Qeyd edək ki, Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən istehsal sahəsi yaradılıb. Burada “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.
@ Marja